Bioqrafiya

Mənsum İbrahimov

Mənsum İsrafil oqlu İbrahimov 1960 cı il oktyabnn 1-də Ağdam rayonu İmamqulubəyli kəndində anadan olub. Usaq yaşlanndan Azərbaycanın füsünkar Qarabağ torpağının təbiəti və abu havası balaca Mənsumda musiqiyə və muğamlarımıza həvəs yaradır. Mənsuma səs babası Mənsumdan irsən keçmişdir.

1982-ci ildə Bakıda A.Zeynallı adına Musiqi Kollecinə xanəndəlik ixtisasına qəbul olur və burada mərhum muğam ifaçısı, gözəl pedaqoq Vahid Abdullayevdən muğamın sirrlərini öyrənir. 1985-ci ildə U.Hacıbəyovun 100-illiyilə əlaqədar keçirilən Respublika muğam musabiqəsində 1-ci yerə layiq görülür. Musabiqənin munsiflər heyətinin üzvü unudulmaz və korifey sənətkarımız xalq artisti Şövkət Ələkbərova Mənsumun səsini və səhnə görünüşünü bəyənib onu Opera və balet teatrına aparır. Elə həmin gündən də Mənsum Ibrahimovun həyatmda yeni səhifə açılır. 1988-93-illərdə təhsilini Mədəniyyət və Incəsənət Universitetində davam etdirən Mənsum ali təhsilə yiyələnir. Nəhayət uzun sürən məşqlərdən sonra l993-cü ildə Mənsum İbrahimov Şərqin ilk operası sayılan "Leyli- Məcnun" operasında Məcnun rolunda səhnəyə çıxır və tamaşaçıların çox böyük rəğbətini və məhəbbətini qazanır. Akademik Azad Mirzəcanzadə Mənsumun Məcnununa tamaşa edib təsirlənərək belə söyləmişdi: Mənsum mənə öz ifası və görünüşü ilə Sarabskini xatırlatdı. Mənsum İbrahimov bu gün də əvəzolunmaz Məcnun kimi səhnədədir. O bu tamaşa ilə İstanbulda, Parisdə "Leyli-Məcnun" operasının 100-illiyi ilə əlaqədar Yuneskonun baş qərargahında və eləcə də Qətərdə çıxış etmişdir. Eyni zamanda Mənsum İbrahimov digər tamaşalarda da baş rolları ifa edir. Z.Hacıbəyovun"Aşıq Qərib"-də Aşıq Qərib, Ş.Axundova "Gəlin qayası"-da Camal və.s.

Mənsum İbrahimov ustadlarından öyrəndiklərini çox böyük peşəkarlıq və həvəslə tələbələrinə öyrədir. O Milli Konservatoriyanın dosentidir. Onun tələbələrinin səsi sorağı dünyanm hər bir yerindən gəlir. Respublikada keçirilən muğam müsabiqələrində Mənsum müəllimin tələbələri uğurla çıxış edərək laureat adını qazanmışlar. 2009 cu ildə Bakıda keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin "Qran Pri 'mükafatçısı Əməkdar artist Təyyar Bayramov Mənsum müəllimin yetirməsidir." Gəncləşən muğam' lahiyasilə 2 dəfə Respublika sarayında gənc tələbələrinin konsertini təşkıl edərək xalqımıza yeni muğam ifaçıları təqdim etmişdir. Eyni zamanda M.İbrahimov H.Əliyev fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində ustad sənətkarlarla birgə münsiflər heyətində yeni istedadların üzə çıxmasında fəal iştirak edir.

Uzun illərdir Mənsum Ibrahimovun yaratdığı "Qarabağ" muğam üçlüyündə onun sənət dostları Əməkdar artistlər Elçin Həşimov tarda, Elnur Əhmədov kamançada müşayət edirlər. Elə bu üçlüklə M.İbrahimovun müxtəlif illərdə xalq mahnılan və muğamlardan ibarət 2 diski çap olunub. Onlar unudulmuş retro mahnılarımızı arxivlərdən tapıb studiyada yazdıraraq yeni nəfəs verirlər. Eyni zamanda M.lbrahimov muğamlarımızın mahir bilicisi və ifaçısı kimi bir neçə dəstgahlarımızı, o cumlədən "Rast", "Bayatı-Şiraz", "Şur", Mirzə-Hüseyı segahı və s. muğamları ifa etmişdir. Bu yazılar qızıl fondda qorunur.

2007 -ci ildən başlayaraq ilk dəfə olaraq professor xalq artis Siyavuş Kəriminin rəhbərliyi ilə M.İbrahimov və sənət dostları Niyazinin "Rast", F.Əmirovun "Şur" simfonik muğamlarını simfonik orkestrin müşayətilə birgə ifa edirlər. Orkestrin dirijoru isə Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur. Bu layihə ilə nəinki Azərbaycanda həmçinin İzmirdə, Londonda, Minskdə, Kiyevdə yer orkestrlə çıxış etmişlər.

M.İbrahimov 30-dan çox xarici ölkədə qastrol səfərində olub: ABŞ, Ingiltərə, Fransa, Hollandiya, Almaniya, Norveç, İspaniya, Belçika, Misir, Türkiyə, İraq, S.Ərəbistanı, Qətər, Rusiya, İran, Ukrayna, Belarus, Kanada və. s..

M.İbrahimovun Almaniya, Hollandiya və Kanadada 4 kompakt diski, İspaniyada isə 1 DVD-si çap olunub. M.Ibrahimovun əməyi dovlət tərəfində həmişə yüksək qiymətləndirilib. Belə ki 1998-ci ildə Azərbaycan Respubiikasının Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. M.İbrahimov Prezident mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentı tərəfindən Şöhrət ordeni ilə təltif olunub. Azərbaycanın dilbər guşəsi olan musiqinin beşiyi böyük dahilər yetirən Qarabağ torpağından bəhrələnib sənətin bu zirvəsinə çatan sənətkarın ürəyində yalnız bir arzusu var Uzeyir Hacıbəyovun vətəni Qarabağ torpağında "Leyli Məcnun" tamaşasını oynasın. Sənətkarın öz dili ilə desək: «Mən Qarabağımızın Məcnunuyam».