Mugam Ustası Mənsum İsrafil oğlu İbrahimovun internet səhifəsi fəaliyyətə başlamışdır.

Bu gündən etibarən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Muğam Ustası, Respublikanın Əməkdar Artisti Mənsum İsrafil oğlu İbrahimovun internet səhifəsi fəaliyyətə başlamışdır. Doğma dilimizdə fəaliyyət göstərən saytda muğam ustası haqda geniş informasiya, həyat və yaradıcılığından böyük foto arxiv, mahnı və video yazılar, mətbuatdan məqalələr internet istifadəçilərinə təqdim olundu.