Ulus qəzeti #23(394) 6 aprel 2002-ci ıl

Ən çox sevdiyim Fizulinin Leylisidir.


Səhnəmizin Məcnunu ilə görüşmək çoxdan fikrimizdən keçirdi. Elə onun adını tutub Opera və Balet Teatrına gəldik. Məcnunun məşqdə olduğunu öyrəndik və gəlib gördük ki, bu dəfə o, ürəyini Sənəmə açır. Eşq fədaisi, gözəl xanəndə, respublikanın əməkdar artisti, Opera və Balet Teatrının solisti Mənsum İbrahimov «Aşiq Qərib»in məşqində idi. O, bütün varlığı ilə Qərib obrazına girmişdi və tarın muşayiəti ilə Sənəmə (Qülyaz Məmmədova) olan eşqini izhar edirdi. Biz də bir anlıq onun sevqi dünyasına mübtala olduq. Məşqdən sonra Mənsum bəylə söhbət etdik.

- Məşqdən sonrakı təəssüratınız necədir? Artıq neçə illərdir ki, səhnədə aşiq rolunu oynayırsız. Bundan usanmamısınız ki?


- Məhəbbət – əbədi və aktual mövzudur.Yaşından asılı olmayaraqqəlbi, ruhu olan hər bir kəs heç vaxt məhəbbətdən usana bilməz. Söhbət yalnız qadına məhəbbətdən getmir. Məhəbbət qeniş məfhumdur. Məhəbbət xalqa, vətənə, valideyinə , övlada və s.ola bilər. Mənim fikrimcə, həyatda nə varsa, insan onun məcnunu olmalıdır. O qədər bu sənətə bağlanmışıq ki, yorulmuşam, ancaq heç vaxt bezmərəm. Pərəstiş etdiyin şeydən heç vaxt bezmək olmaz. Təsədüfən sənətə qəlmiş adamlar ola bilər ki, usansınlar, onlar üçün bu artıq yükə çevrilsin və çox çəkmir onlar sənətdən uzaqlaşırlar. Opera sənətçisi olmaq ikiqat çətindir. Oxuduqlarını eyni zamanda hərəkətlərinlə də göstərməlisən. Onsuz da zəhmətsiz heç nə başa gəlmir.

- Siz yalnız milli operalarımızda çıxış edirsiniz…


- Təbii. Səsim muğam səsi olduğuna görə milli, muğam musiqisi olan operalarda iştirak edirəm.

-Səhnədə altı Leyliniz olub. Hansı Leyliyə daha çox gönül bağlamısınız?


- Vallah, dha çox Fizulinin Leylisinə. Leylilərin hamısını xətrini istəyirəm. Onlar Azərbaycanın sevilən sənətkarlarıdırHamısı ilə böyük məmnuniyyətlə oynayıram. Amma təbii ki, vurulduğum, qəlbimdə ideallaşdırdığıLeyli Fizulinin Leylimidir.

- Mənsum bəy, opera sizə nə verib?


- Opera mənə çox şey verib. Bura elə bir sənət məbədidir ki, burada gözəl korifeylərimizoxuyub, bu gün səhnəni onlar bizə etibar ediblər. Bu bizim üçün çox böyük etimaddır. Çox böyük fəxrdir ki, bu gün mən milli operaların ifaçısıyam. Özümü sənətdə təsdiq edə bilmişəm. Bu gün xalqım məni daha çox Məcnun ifaçısı kimi tanıyır, qəbul edir. Opera sənətçisi üçün bundan böyük ad ola bilməz. Bu sənət ocağına borcluyam. Bura tələbə ikən gəlmişəm, kiçik rollardan başlamışam. Böyük sənətkarlar mənə gömək əli uzadıblar, səhnədə yeriməyi öyrəşmişəm, səşnəyə alışmışam, səhnədə oxumağı öyrənmişəm. Opera səhəndə sevməyi öyrədib mənə.

- Bu gün sənətdə əldə etdiyiniz müvəffəqiyyətlər sizi qane edirmi?


- Təbii ki, sənət baxımından heç vaxt qane edə bilməz. Ürəyimdən daha çox şeylər əldə etmək, daha çox işləmək keçir. Nə vaxt ki, sənətçinin sənətdə əldə etməkləri qane edir, o qundən onun sənətdə durğunluq dövrü başlayır, çünkü burada yaradıcılıq bitir. Sənətkar ömrü boyu axtarışda olmalıdır. Zəhmət çəkir, məşq eləyir, sənətini cilalayır.

- Sənətdə fəth etmək istədiyiniz «zirvə» hansıdır?


- Heç vaxt nəyəsə doğru getmirəm, heç nəyə can atmıram, heç bu haqda düşünmürəm də. Sadəcə olaraq, öz işimlə məşqulam, çalışıram ki, daha da rühtələşim, daha çox muğamlarımızı təbliq edim, oxuduğum rolları daha çox inkişaf elətdirim, püxtələşdirim. Qiyməti isə tamaşaçı verir. Və onun sənətdə hansı yeri tutmasını müəyyənləşdirir. Görürsən ki, dırnaqarası sənətçilər özləri-özlərinə ad, titul verirlər. Bütün bunlar boş şeylərdir. Adı xalq verməlidir. Sənətin məsuliyyətini dərk eləyən adam heç vaxt öz-özünə ad verməz.

- Son zamanlar muğama olan münasibət də layiqincə deyil…


- Bizləri bu gün muğama olan münasibət qane eləmir. Muğama xüsusi diqqət yetirilməlidir, çünkü muğam zaman-zaman xalqımızın mənəviyyatının daşıyıcısıdır., Azərbaycan xalqının maddi sərvəti neftdirsə, mənəvi sərvəti müğamlarımızdır. Muğamın altı min il yaşı var. Muğam əsirlərin süzqəcindən keçərək qəlib bu günə çıxıb, o heç vaxt ölə bilməz. Sadəcə olaraq, müəyyən mərhələlərdə ola bilər ki, ona maraq zəyifləsin. Bir qisim adamlar var ki, onlar musiqiyə kommkrsiya növü kimi baxırlar. Yad musiqiləri tədbiq edirlər. Sintezatorla çalınan mahnıları tədbiq edirlər. Halbuki, canlı alətlərin effektini sintezator heç vaxt verə bilməz. Muğam bizim musiqimizin bünövrəsidir. Təəssüflər olsun ki, son zamanlar dırnaqarası sənətçilər daha çox təbliq olunurlar. Bunların hamısı müvəqqətidir. Muğım qəlbə olan məhnı deyil ki, deyim, bu gün dəbdədir, bir aydan sonra unudulacaq. Muğam nə qədər xalq yaşayır , o qədər də yaşayacaq. «Leyli və Məcnun» operası ona görə həmişə sevilib ki, muğam operasıdır. Bundan başqa elə bir operamız yoxdur ki, yüz ilə yaxın göstərilsin, hər ay tamaşaya qoyulur və ən çox tamaşaçı toplasın. Mən demirəm, muğamlar gündə təbliğ olunsun, xeyr. Mən estradaya qulaq asıram, repə də, popa da… Bizim beş-altı nəfər yaxşı estrada oxuyanlarımız var. Onlardan sonra kütləvi sürətdə hamısı oxuyur və heç bilmirlər oxuduqları canrın adı nədir.Təbii ki, bunların hamısı müvəqqətidir. Ona görə narahat deyirəm. Sadəcə, istəyirəm ki, xalq musiqimiz, muğamlarımız daimə diqqətdə qalsın. Müəyyən insanlar var, deyirlər ki, 12-ci əsrdir, yeni müasir musiqi olmalıdır. Müəsirlik deyəndə biz kimi nümunə götürürük? Avropanı… Amma bu günləri Avropa ölkələrində bizim muğam ifaçılarımız qedib uğur qazanır, yəni ora estrada yox, muğam ifaçılarını dəvət edirlər. Bu ondan irəli gəlir ki, muğam qədim olduğu qədər də müasirdir. Mənim Hollandiyada iki kontrakt diskim çıxıb, keçən il Almaniyada bir kontrakt diskim çıxıb. Alim Qasımov , Ağaxan Abdullayev, Səkinə İsmaylova, Arif Babayev, yəni bizim bütün muğam ifaçılarımız Avropada sevilə-sevilə dinlənilir və onların diskləri çıxır.

- Demək olar ki, muğamlarımıza avropalılar daha çox qiymət verir, nəinki özümüzünkülər?


- Bəli, muğamlarımızı orada yüksək səviyyədə qarşılayırlar. Orada xüsusi muqamşunaslar var. Muğamşunas alimlər muğamı tədqiq etməklə məşquldular. YUNESKO-nun baş mükafatını da Alim Qasımov aldı.

- Yəqin ki, siz o fikirlə razılaşırsınız ki, Xan Şuşinskidən sonra Aəzərbaycan muğamında yeni zirvə təhv olunmayıb?


- Hər bir sənətkarın öz yeri var. Hər bir sənətkar zaman kəsiyindən sonra layiqli qiymətini alır. Xandan sonra Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov gəldi. Bu gün Alim Qasımov, Ağaxan Abdullayev var. Yəni yeni nəsil gəlməkdədir. Zaman keçəndən sonra bunlar da öz qiymətlərini alacaqlar. Hələ gənclərimiz də var. Muğam ifaçısı ümumiyyətlə, sənətçi gündə yetişmir. Beş ildən bir ortaya bir nəfəs çıxır, yetişir, olur sənətkar. Mən dərs deyirəm, on tələbəm varsa, onlardan bir-ikisi seçilir. Görürsən ki, bunlar ümüdvericidirlər, inanırsan ki, bunlar bu səviyyədə çalışsalar, səsləri yerində qalsa, iki-beş ildən sonra qəlib böyük sənətdə oxuyacaqlar.

- Sizin bir neçə uşaqdan ibarət xanəndəlik sinfiniz var idi. Onun fəaliyyəti indi nə yerdədir?


- Yasamalda 22 saylı orta məktəb var. Orada xanəndəlik sinfi açmışam. Yaxşı şaqirdlərim var. Hətta bir şaqirdim – Niyəməddin Babayev Türkiyyədə «Socuq festivalı»nda laureat oldu. Eyqi zamanda «Qöesə – 2000» festivalında və 2001-ci ildə Respublika altıncı muğam festivalında «Qran-pri» mükafatı aldı. Dövlət tədbirlərində də çıxış edir. Çox talantlı bir uşaqdır. Yaşının keçid dövründə səsi dəyişilməsə, inanıram ki, sənətkar kimi yetişəcək. Eyni zamanda mən Asəf Zeynallı adına Bakı Musiqi Kollecində də dərs deyirəm.

- Məsum bəy, yas məclislərində söylənilən mərsiyələrlə, ağflarla müğam arasında oxşar məqamlar çoxdu.


- Oxşarlıq ola bilər. Klassik muğamlarımız düşüngə tərzidir, fəlsəfədir. Bəxtiyar Vahabzadənin bir sözü var, deyir, yüngül musiqi ayağı tərpədir, ancaq muğam başı tərpədir. Muğamı sevmək üçün insanın səfiyyəsi çatmalıdır. Mən hesab edirəm ki, bayağı oxuyanların dinləyiciləri də elə bayağı insanlardır. Ancaq ziyalı təbəqəyə mənsub insanlar heç vaxt yüngül musiqiyə üstünlük verməz. Onlar daha çox klassika, opera, simfoniya dinləyirlər. Avropalılar gəlib saatlarla oturub bizim operaları dinləyirlər. Bizdə elə operalar var ki, onlar dünya səviyyəsinə çıxarılmalıdırlar. Fürsətdən istifadə edib operasevənləri aprelin 16-da «Aşiq Qərib»ə baxmağa dəvət edirəm. Onu da qeyd etmək istərdim ki, yaxın zamanlarda solo konsert verməyi planlaşdırıram. Eyni zamanda kontrakt disk və xalq mahnılarından ibarət audiokaset üzərində də işlərimi tamamlamaq istəyirəm.