Yeni Müsavat #45(1620) 17 fevral 2002

İki əsrin məcnunu
- Həmişə belə olub: hər nəsil özündən əvvəlkinin qarasınca qileylənib, onun sığal-tumarının qarşılığında ipə-sapa yatmayıb. Hələ bu harasıdı, bu günün adamları getdikcə mahiyətsizləşən müasirlik, modernlik parıltılarıyla qicəllənib, dünənin əxlaqına, məişətinə, adət-ənənəsinə qarşı üsyana qalxır, ondan üz döndərir, onu əməlli-başlı inkar edir.
Amma nə yaxşı ki, bu «inkarı inkar» mərəzi klassik sənətə sayğıyla yanaşanların meyarına çevrilmir. Onlar bu sənətin çardaş halını qiymətləndirən dünənini daha mükəmməl sayırlar.
Çətinə düşəndə dönüb geriyə, zamanın qatlarından o üzdə hələ də öləziməyən, əksinə, sabahımıza mayak olan klassik qaynaqlara istinad edirlər.
Bu gün Opera və Balet Teatrının qapısını döyənlərə XIV əsr həyatının halını-havasını duyurmaqda çalışan Mənsum İbrahimov da öz yaradıcılıq kredosunubu dəyərlərə gökləyib. Və hələ ki bu teatrın səhnəsində eyni notlara qulaq verib, eyni rola girməkdən, eyni sözləri oxumaqdan «yoruldum» demək istəmir.


- Məcnunu Hüseynqulu Sarabskidən üzü bəri neçə-neçə dəyərli sənətçi oynayıb. Bəs sizin Məcnunluğunuz necə oldu, öz təşəbbüsünüzlə, yoxsa kiminsə təhrikiylə?
- Uşaqlığdan bu əsərə maraq göstərmişəm. Çünkü hər kəsin beynində düşündüyü bir «Leyli və Məcnun» olur. Və hər dəfə Televiziyada Ari f Babayevlə Zeynab Xanlarovanın ifasına baxanda ürəyimdən keçirdi ui, kaş mən də Məcnknk oynayardım. Asəf Zeynallıya da elə o həvəsin ardınca getmişdim. 85-ci ildə 3-cü kursda oxuyanda V Respublika Musiqi Müsabiqəsi keçirilirdi. Orda iştirak elədim və birinci yeir tutdum. Rəhmətlik Şövkət Ələkbərova həmin müsabiqənin münsiflər heyətində ydi. O, mənim çıxışımı çoz bəyəndi. Dedi, ürəyindən keçirsə, gəl, mənim dərslərimə qulaq as. Bu mənim üçün göydən düşmə oldu. Başladım onun dərslərinə müntəzəm gedib-gəlməyə. Bir gün də söhbət eləyəndə qayıtdı ki, Səndən yaxşı Məcnun çıxar, bəlkə özünü sınayasan?
Açığı bu rolu oynamaqçün ürəyim gedirdi, amma heç vaxt dilimə gətirməmişdəm. Ancaq Şövkət xanımın sözündən sonra ürəkləndim. Bir də soruşdum ki, doğrudan mən o rolu oxuya bilərəm? Dedi ki, niyə oynaya bilmirsən? Sonra özü də operanın rəhbərliyi ilə danışdı, dedi, bəs, bir yaxşı tələbəmiz var, qoy bədii şuranın üzvləri ona qulaq assınlar. Bizdə də kiminsə bir rolu oynamasıyçun gərək bədii şura icazə verə. Onlar oxuyanın səsinə, boy-buxununa , üzündəki ifadəyə, bir sözlə, bütün göstəricilərinə fikir verirlər. Nəsə… Elə o vaxtdan oldum Opera və Balet Teatrnın sakini. Əvvəl bir neçə il Zeydi Oynadım. Məcnunu mənə çox sonra, 93-cü ildə verdilər. Hardasa 5 il kiçik rollar oxumuşam.
O vaxtın sənətçiləri cavanları qəbul eləmirdi. Onda Məcnunu Arif Babayev , Baba Mahmudoğlu oynayırdı. Yəni onların xoşu gəlmirdi ki, təzə oxuyanlar teatrdı çox əl-qol açsın. Qısqınc yanaşırdılar. Bizə ancaq xərda rollar tapşırırdılar, deyirdilər, «bu bəsinizdir». Mən də böyük rollar oynamaq, inkşaf etmək istəyirdim. Amma onların qısqanclığı mənim xeyrimə oldu. Onda çəkdiyim zəhmət neçə ildən sonra üzə çıxdı. Çünkü bir müddət sonra teatrdı rəhbərlik dəyişdi. Akif müəllimi direktor qoydular. O da aktyorlarla tanış olanda məndən soruşdu ki, nə vaxta kimi kiçik rollar oynayacaqsan? Dedim, bilmirəm. Sonra bədii şuranın üzvlərini yığdı ki, Mənsum niyə oxumur?! Heç kim cavab vermədi. Qayıtdı ki, necə oxuyur, dedilər, yaxşı. Xasiyyəti, işə münasibəti necədi? Yenə cavab verdilər ki, müsbətdi, məşqlərə gecikmir, vaxtı-vaxtında gəlir. Soruşdu, bəs niyə rol vermirsiz? Dedilər, bilmirik, heç özü də istəmir. Əslində özüm dəfələrlə rol istəmişdim. Deyirdilər, tələsmə, hələ sənin vaxtın çatmayıb. Nəsə…
Həmin gündən işlərim yoluna düşdü. O, məsələni belə qoydu ki, yaşlı nəsillə bərabər cavanlar da oxuyacaq.Yəni ən-ənə davam eləməlidir. Mənə də tapşırdı ki, Məcnunu hazırla, biz baxacağıq. Biz də indiki recissorumuz Hafiz Quliyevlə - o vaxt o, adi recissor idi – altı ay gecələr yatmadıq. Çünkü çoxları inanmırdı, deyirdilər ki, o cür sənətkarlardan sonra b uşaq gəlib nə oxuyacaq? Bilirdim ki, bu yükün altına girmək çox məsuliyyətlidi. İndiyə kimi Məcnunu oxuyanlar bu rola öz möhürlərini vurub. Ona görə çox işləyirdim. Deyirdim, görən tamaşaçı məni qəbul edəcəkmi?
Çünkü bu elə işdi ki, tamaşaçı ilk baxışda, ya səni qəbul edir ya da eləmir. Çünkü tanınmamış bir adamın Məcnunu həzm elətdirməsi çox müşkül idi. Xülasə, Qülyazla çıxdıq, nəticəsi də yaxşı oldu.


- Bəlkə sizi şübhəyə alanlar məhz müəyyən təcrübədən sonra oxumağınızı istəyirdi və buna görə mane olurdular.
- Ola bilər, inanmırdılar. Ama sonra mane olmaq istəyənlər özləri etiraf elədilər ki, sən doğrudan da yaxşı Məcnunsan.

- Mənsum əmindi ki, öz Məcnununu yaradıb?
- Əlbəttə. Sözsüz ki, hamımız böyük sənətkarlardan qidalanmışıq, amma mən öz yolumla gedirəm. Yəni kimisə təqlid eləmirəm. Özü də «Leyli və Məcnun»elə əsərdi ki, ilk baxışda adama elə gəlir, adi bir sevqi macarasıdı. Amma bunun qatları var, ora çox adam gedib çata bilmir, onun dərinliyinə varmaq istəmir. Mən Füzulişunaslarla görüşüb məsləhətləşirdim, sonra Hafizlə oturubsaatlarla o beytlərin üstündə işləyirdik. Biz bacardıqca o qatlara baş vurmağa çalışırıq. Nə gədər nail olduq, bunu təbii ki, tamaşaçı deyə bilər. Tamaşaca elə məqamlar olur ki, tutalım, səhra, ya da ölüm pərdəsində, özümü çəkisizlikdə hiss edirəm. Elə bilirəm yerdən üzülmüşəm. Təbii ki, bu həmişə olmur. Amma o anda artıq fikirləşmirəm, nə oxuyuram, hara gedirəm, içimdən nə gəlirsə, onu da eləyirəm. Hər şey qeyri-ixtiyari olur. Həm də bugünkü tamaşaçı on il bundan qabaqki deyil. Tələbkar, hər şeyə inanmayan, həm də səbirsizdi. Onun hər şeyə baxmağa hövsələsi çatmır.

- Bəlkə ona təqdim olunandan istədiyini ala bilmir?
- İnformasiya bolluğundan , maddi çətinlikdən, ümumi problemlərdənmi, bilmirəm, amma bu gün tamaşaçı doğrudan da çox səbirsizdi. Təbii ki, siz demiş, istədiyini ala bilməmək səbəbi də var. Biz də bunu nəzərə almağa çalışırıq. Deyə bilmərə, necə alınır, amma bu gün mənə «əsrin Məcnunu» deyirlər. Əsrin əvvəlində Məcnunu Sarabski oynamışdı, əsrin sonunda mənə qismət oldu. Bu əsər XXI əsrə mənimlə getdi.

- Leyliləri tez-tez dəyişirsiz. Onlardan belə deyək, hansı ilə daha asan anlaşa bilirsiz?
- Mən heç kimin xətrinə dəymək istəməzdim. Ancaq indi Leylini kimin oynamasının mənimçün o qədər də fərqi yoxdu. Mən artıq xəyalımdakı , Fizulinin Leylisi ilə oynayıram. Yəni fərqi yoxdu ki, qarşımda konkret hansısa ifaçı dürüb, mən öz xəyalımda yaratdığım Leyli ilə oynayıram. Bəlkə də o, adi adam deyil, mələkdi.