Bu Gün 12 yanvar 2002-ci il

Yeddi Leylinin bir Məcnunu
Azərbaycan Milli Akademik Opera və Balet Teatrının Soltsti, Respublikanın Əməkdar artisti Mənsum İbrahimovla görüşün yeni il ərəfəsndə baş rexissorun iş otağında baş tutdu. Hafiz Quliyev «qulaq qünahkarı» olduğundan tez-tez sərrast müdaxilələri ilə söhbətimizin şirinləhməsinə təsir göstərirdi.

-Məsum müəllim, siz qədəmlərinizi ömür və sənət yolunun uzun kamil dövründə basmaqdasınız. Musiqisevənlər sizi təcrübəli səriştəli aktyor-xanəndə kimi tanıyırlar. Ötən ildən pedoqoci fəaliyyətə başlamaqla çox şahəli yaradıcılıq yoluna üz tutmusunuz.
- Xatirimdədir, musiqi kolledcinin III kursunda oxuyurdum. 1985-ci ildə dahi bəstəkarımız Uzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş ali və orta ixtisas musiqi məktəbləri arasında V ənənəvi respublika müsabiqəsi keçirilmişdi. Mən həmin tədbirə unudulmaz müəllimim Vahid Abdullayevin göməyi ilə «Bayatı-Şiraz» dəstgahını hazırlamışdım. Xalq artistləri Şövkət Ələkbərova, Gülağa Məmmədov, kimi sənət korifeylərimizin daxili olduğu münsiflər heyəti çıxışımı I dərəcəli diploma dəyərləndirdi. Müsabiqədən sonra Şövkət xanım mənə dedi:
-Sən istedadlı oğlansansan, vaxtın olanda mənim dərsimə gəl., səndən yaxşı Məcnun olar.
- Şövkət xanım sözünün üstündə möhkəm durdu. O, məni özü ilə teatra gətirdi, Opera və balet Teatrının o vaxtkı direktoru xalq artisti, professor Azər Rzayevə təqdim etdi. Bədii şura yığıldı. Məni ciqqətlə dinləyib bəyəndilər və təcrübə keçən qismində işə götütürdülər. Mən Şövkət xanımın bu yaxşılığını ömrüm boyu unutmayacağam.


- Məcnun rolunda çıxışınız niyə yubandı?
- Sənət taleyimdən narazı deyiləm. Mən «Leyli və Məcnun»da əvvəlcə Zeyd rolunu verdilər, az sonra İbn Səlam obrazını tapşırdılar. Tədricən səhnəyə ifaçılara zillənən baxışlara alışmağa başladım. Hacı Arif Babayev mənə həmişə deyir ki, səndə mənim indiyə solistliyə qəbul olunmamağıma təəcüblənmədi və bu ədalətsizliyi tezliklə aradan qaldırdı. Ölməz Fizuli-nin anadan olmasının 500 illiyi ilə əlaqədar olaraq Özbəkistan Respublikasının xalq artisti Firuddin Səfərov «Leyli və Məcnun» operasını yeni quruluşda tamaşaya hazırlayırdı. O, təcrübəli aktyorlarla məşq edir, nədənsə mənə məhəl qoymurdu. Onun göməkçisi Hafiz müəllim isə mənimlə yorulmadan çalışır, və mənim də məşqlərə cəlb olunmağıma təkib edirdi. Öz nöbəmdə işə varlığımla qirişdiyimdən tamaşaya tam şəkildə hazırlaşa bilmirdim. Firuddin müəllim premyerada heç kimin gözləmədiyi halda öz qəti qərarını verdi.
-Məcnunu Məsum oynayacaq.
25 iyun 1993-cü il mənim sənət bioqrafiyamın ən əlamətdar gönüdür. Qördüyünüz kimi, mən Məcnün qiyafəsinə düşənə kimi səkkiz il çalışmalı olmuşam. Qiley-qüzar olmasın, indikilərin heç beş-altı ay dözməyə səbirləri çatmır, dərhal baş rolun ifasına can atırlar.


-Daha hansı rollarda çıxış etmisiniz? -Zülfüqar Hacıbəyovun «Aşiq Qərib» operasında Qərib, Şəfiqə Axundovanın «Qəlin qayası» əsərində camal…

- Əgər sirr deyilsə, niyə Müslüm Maqomayevin «Şah İsmayıl» operasında oynamırsınız?
-Doğrusu, uzun müddət özümü Şah İsmayıl roluna münasib saymamışam. Amma musiqi hazırlığı baxımından heç bir çətinliyim yoxdur. Uzun müddətli xarici səfərlər, diqər zəruri işlərin icrası vaxtımı çox aldıqdan Şax İsmayıl rolunun ifasına tam hazırlaşa bilməmişəm. Bu xüsusda yaxın zamanlarda məni yenə sənət sınağı gözləyir.

- On ildə vur-tut 3-4 rolla kifayətlənmək sizi yormur?
- Qətiyyən! Muğımdın kim doyur ki, mən də doyum?! Düzdür, operada aktyorlar notlu musiqinin tələblərinə tabe olsalar da, muğam oxumaqda sərbəstdirlər. Bu da yeri gəldikcə bizə həm təkminləşməyə , həm də ürəyimizi boşaltmağa imkan verir.

- Siz səkkiz ildə yeddi Leyli ilə yoldaş olmusunuz. Bu psixoloci maneəti necə dəf edirsiniz?
- Bu illər ərzində mən xalq artistləri Qəndab Quliyeva, Səkinə İsmaylova, əməkdar artistlər Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Simarə İmanova, solistGülüstan Əliyeva ilə birgə Leyli və Məcnunun səhnə həyatını yaşamışıq. Sualınızın konkret cavabına gəldikdə isə, onu deyə bilərəm ki, mən səhnəyə çıxdıqda kimi deyil, yalnız lEYLİNİ görürəm.

- Xoşbəxt sənətçisiniz. Ona görə ki, böyük sələfiniz – Hüseynqulu Sarabski iyirmi il ərzində əyninə qadın donu geymiş Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov kimi kişilərlə – sənət fədailəri ilə yoldaş olubdur. Siz isə səhnəmizin həm səsinin məlahətinə, həm də zahiri füsunkarlığına görə, bir-birini üstəliyən xanımları ilə nakam məhəbbət macərasını oynamısınız.
- Elədir. Mən rəhmətlik Hüseyn Sarabskinin keçirdiyi hissləri duyuram. Aktyor bütün varlığı ilə rola girsə də qarşısındakı Leylinin kişi olduğunu gördükdə qolları boşala bilər, həvəsi azalar.

-Muğam tamaşalarımızda aktyorun nəyə qadir olduğunu Məcnun obrazı müəyyənləşdirir. Hərə bunu öz yozumunda-divanə, filosov kimi canlandırır. Bəs siz?
- Mən Qeysi yalnız eşq divanəsi hesab edirəm. O, yolnız varlığına, düşüncəsinə hakim kəsilmiş Deylisinin obrazı ilə yaşayır. Səhrada oğlunu axtarmağa qələn atasını atasını belə tanımayan zavallının dərdli qocaya dediklərini xatırlayaq:

Söylə qörüm mənə verən pənd,
Dənayi-süxən və ru xirədmənd.
Kimsən və nədir bu küftnülər,
Bifaidə batil arizulər
Qet! Dərdimə sən dəva deyilsən.
Mən böylə kəlama tutmazam quş
Leyli, sözü söylə, yoxsa xamuş…

Mən Məcnun roluna hazırlaşarkən Fizulini, klassik şeri, əruzu yaxşı bilən nardaranlı dostlarım Hacı Mailin, Hacı Hidayətin yanında tez-tez olur, onlardan dəyərli məsləhətlər alırdım. Çalışırdım ki, yaratdığım obrazda Fizuli ruhu yaşasın, oyunum həmkarlarımın çıxışlarından fərqlənsin.

- Son illərdə səhnəmizdə rəqabət almadan baş rollarda çıxış etmək sizi nə dərəcədə qane edir?
- Bilirsinizmi, mənim son illərdə təklənməyimin müxtəlif səbəbləri vardır. Bəzilərini minimal zəhmət haqqı, diqərlərini isə intensiv məşqlər razı salmır. Zənnimcə, çoxlarını səhnə, dekorasiya, işıqlar, tamaşaçı baxışları… vahimələndirir. Doğrudan da «Dava adama uzaqdan asan gələr». Sizi inandırıram ki, boylu-buxunlu, kifayət həcmində səsgötürümünə malik olan ifaçılarımız texniki səbəblərdən teatra uyuşa bilmirlər. Bizim sənətdə istedad və bacarıq olmadan heç nəyə nail olmaq mümkün deyil. cürbəcür yollarla təsadüfən teatra işə girmək olar. Məsələ burasındadır ki, bir müddətdən sonra səhnəyə istedatsızı işə düzəldən yox, həmin adamın özü çıxmalıdır. Mən sevinirəm ki, uzun illər ərzində çəkdiyim zəhmət hədər getməyib, artıq onun bəhrəsini görməkdəyəm. Ancaq ən yaxşı çıxışlarım, zənnimcə hələ qabaqdadır.
Mən çox arzulayıram ki, truppamızda Məcnun rolunun üç ifaçısı olsun. Növbə ilə oynayaq, təcrübə mübadiləsi ilə birbirimizdən öyrənək. Təklikdə işimdən razı olsam da hər tamaşadan sonra üç gün özümə gələ bilmirəm, başqa işlərimin icrasına vaxtım qalmır.


- Musiqisevənlər sizi muğamat, xalq mahnıları və təsnifləriimzin səriştəli ifaçısı kimi tanıyarlar.Milli radio və teleaiziyamızın səs xəzinəsinə verdiyiniz – töhfələrdən söz açın…
- «Bayatı-Şiraz», «Mahur-Hindi», «Mirzə Hüseyn segahı», «Rahab» muğamlarını və iyirmi beşə qədər mahnı, təsnif və bəstəkar qoşqularını lentə almışam. Hollandiyada iki, Almaniyada bir kompakt diskim çıxıb.

- Uzaq-uzaq ellərdə necə?
- Almaniya, Belçika, Hollandiya, Lüksemburq, İran, İraq, - Türkiyədə milli musiqimizi dəfələrlə təmsil etmişəm.

- Toylara gedirsinizmi?
- Yalnız muğam üçlüyü tərkibində.

- Siz artıq pedaqoci fəaliyyətdəsiniz. Respublikanın ali, orta ixtisas musiqi məktəblərinin heç birində muğam operalarımızda çıxış etmək üçün tələbələr hazırlanır. Buna nevə baxırsınız?
- Bu barədə nəinki düşünməyə, hətta həyacan təbii çalmağa dəyər…