Azərbaycan XXI əsr

Bizim Müğənnimiz Avropanı fəth eyləyib
Muğam ifaçalrı silsiləsindən bu dəfəki müsahibimiz opera səhnəmizin sevilən «Məcnun»u, cavan olmasına baxmayaraq özünəməxsus avazı və gözəl səhnə mədəniyyəti ilə sənətdə öz möhürünü çoxdan vurmuş respublikanın əməkdar artisti Mənsum İbrahimovdur.

Məsum müəllim, hər yolun bir başlanqıcı olduğu kimi yəqin ki, Sizi də muğam sənətinə gətirən yol, qoynunda boya-başa çatdığınız Ağdam torpağından başlayıb.
- Ümumiyyətlə, Qarabağ elə bir diyardı ki, onun torpağında, daşında da səs var. Hələ cavan yaşlarımda Şuşada, Ağdamda toylarda, el şənliklərində oxuyardım. Amma müğənni olacağımı bilmirdim. Mühüt özü məni sənətə gətirdi. Mən Xan Şuşinskinin , Arif Babayevin, Yaqub Məmmədovun səsi ilə böyümüşəm. Muğama tərbiyə olunmuşam, o mənim qanımda, canımdadı. Muğamı sevməyə bilməzdim. Mən sənəti yox, əslində sənət özü məni seçdi. Beləliklə, 1982-ci ildə Bakıya gəldim və A.Zeynallı adına Musiqi Məktəbinə qəbul olundum. Xoşbəxtlikdən sevilmi xanəndəmiz mərhum Vahid Abdullayevin sinfinə düşdüm. Vahid müəllim mənim ilk sənət müəllimim oldu. O, çox gözəl müəllim idi. Allah ona rəhmət eləsin.

- Bəs operaya necə gəldiniz?
- Mənim operaya gəlişim də çox maraqlı olub. 1985-ci ildə artıq mən III kursda oxuyurdum. Həmin ərəfə Ü.Həcibəyovun anadan olmasının 100 illiyi ilə bağlı V respublika musiqi müsabiqəsi keçirilirdi. Mən də həmin müsabiqədə iştirak edərək, «Bayatı-Şiraz»ı oxudum. Sözün düzü, mən bu müsabiqədə diploma laiq qörüləcəyimi gözləmirdim. Müsabiqənin iştirakçıları da çox idi. ancaq mənə 1-ci diplom verdilər. Diplomu mənə təqdim edəndə isə gözəl sənətkarımızŞövkət Ələkbərova məni öz sinfinə dəvət etdi. Sonra Şövkət xanım mənə məsləhət gördü ki, operada oxuyum, məndən yaxşı Məcnun olar. Ancaq fikirləşdim ki, görəsən doğrudanmı operada oxuya bilərəm? Buna baxmayaraq Şövkət xanımın sözləri məni həvəsləndirmişdi. Bir xeyli keçmədi ki, operada bədii şuranın üzvləri yığıldı və məni dinləyərək qəbul etdilər.

- Operada ilk rolunuz elə «Məcnun»la başladı, yoxsa?
- Mənim operada il k rolum «Məcnun»un dostu «Zeyd» olub. Düz beş il kiçik rollarda oynamışam. İndi fikirləşirəm ki, bu günkü uğurlarımda o kiçik roclların çox böyük göməyi olub.

- Operada oxumaq üçün həm də aktyorluq qabuliyyəti lazımdır. Bu, Sizin üçün ççətin olmadı ki?
- İnanın ki, çox sətin idi. Həm səhnə baxımından, həm psixiloci hazırlıq baxımından. Birdə «Leyli və Məcnun» adi tamaşa deyil axı. Onu bir dəfə oxuyanda üç gün özünə gələ bilmirsən. Çünkü, bu iki dahi sənətkarın – Fizuli və Üzeyir bəyin əsəriidir. Mən «Məcnun» rolunu altı ay məşq edirəm.

- Bəs tərəf müqabiliniz Leli kim idi?
- Birinci dəfə Qülyaz məmmədova, idi. Sonra isə Q.Quliyeva,S.İsmayılova, N. Teymurova, S.İmanova, Ç.Əliyeva tərəf müqabili oldum.

- İlk dəfə «Məcnun» Sizdə necə alındı?
- Nə bilim, deyəsən yaxşı alınmışdı. Çünkü, bundan sonra tamaşaçı məni Məcnunun ifaçısı kimi tanıdı və qəbul etdi. Daha hansı operalarda çıxış etmisiniz?

- Daha hansı operalarda çıxış etmisiniz? - Bundan sonra «Aşiq Qərib» operasında «Qərib»i oynadım. Keçən il də Ş.Axundovanın «Qəlin qayası» operasının yeni quruluşda olan tamaşasında baş rolda çıxış etdim.

- Bəzən görürsən ki, müğənninin əhvalı onun ifa etdiyi mahnı il uüğun gəlmir.
- Əgər ifaçı oxuduğu mahnıya, muğama köklənmirsə onda tərs-mütənasiblik yaranır. Söhbət əsl sənətkardan gedirsə, bu ola bilməz.

- Sizcə, indiki vaxtda ifaçılıq sənətində senzuranın olması vacibdirmi?
- Ümumiyyətlə, mən bu cür qadağaların əleyhinəyəm. Qaldı ki, hazırki vəziyyət, bunada şərait yaradan insanlar var. Onlar yad mahnılarını oxuyur, özgə musiqisini təbliq edirlər. Bəziləri xalq mahnılarına, muğamlara qeridə qalmış nümunə kimi baxırlar. Həmin o musiqi, muğam isə bu gün Avropada ən yüksək salonlarda səslənir. Bu günlərdə mənim Hollandiyada iki, Almaniyada bir kompakt diskim çıxıb. Bizim muğamlarımız bütün Avropanı təth eləyib.

- Ancaq demək olmaz ki, bu gun muğama olan həvəs azalıb.
- Muğam bir dəryadır, o , dəbdə olan mahnılardan deyil ki, bu gün çıxıb sabah unudulsun. Bu gün yazılan muğam kaseti 50 ildən sonra da qiymətlidir. Sənət başqa şeydir. Onun elə bir rekldama ehtiyacı yoxdur. Hər kəsə demək olmaz ki, sən niyə muğamı sevmirsən? Muğamı sevməyə hər adamın səviyyəsi çatmır, axı. Çünkü muğam bir düşüncə tərzi, fəlsəfədir. O insanı mənən təmizləyir. Əlbəttə ki, hər kəs özünə uyğun musiqini dinləyirBayağı musiqini sevənlər özləri də bayağı adamlardır. Yad musiqi, yad tərbiyə alan insanlardan nə vətəndaşlıq gözləmək olar? Vətəni satan da, fərari də elə həmin insanlardır. Öz milli kökünü, dədə-babasını tanımayan vətəninin musiqisini sevməyən, şairini, bəstəkarını tanımayan insandan ayrı nə gözləmək olar?

- Son vaxtlar muğamı estrada ilə sintez edib, onu pop musiqisinə uyğunlaşdırmağa çalışırlar. Siz buna necə baxırsınız?
- Bizin musiqidə hazırda çox böyük xaos yaranıb. Böyük sənətkarlarımız Habil Əliyev, Bəxtiyar Vahabzadə və b.bununla bağlı tez-tez həyacanlı çıxışlar edirlər. Sözsüz ki, bu müvəqqəti bir haldır. Müğamı heç nə gözdən sala bilməz. Çünkü, onun 6 min il yaşı var. Ancaq hər kəs öz bacardığı işdən yapışsa daha yaxşı olar. V.Mustafazadə 20 il bundan əvvəl belə bir sintez etmişdi və bu çox uğurlu alınmışdı.

- Muğğıma klip də çəkənlər var…
- Mən buna da pis baxmıram. Bu da dövrlə bağlıdır. Ancaq yenə bunda da müxtəlif yanaşmalar var. Klip özü əslində kiçik bir filmdir. Ancaq bu gün çəkilən kliplərin 90 faizi klip deyil. Ən çox klip çəkdirilən oxuya bilməyənlərdir. Onlar bunu ort-bastır etmək üçün müxtəlif yollara əl atırlar.

- Bəlkə sizin də klip çəkdirməyə hər hansı bir planınız var?
- Hələ ki, belə bir fikrim yoxdur. Vətənlə, yurdla bağlı gözəl bir proekt olarsa , belə bir klip çəkdirmək istərdim. Hazırda Qarabağla bağlı çoxlu mahnılar yazılır. Ancaq baxırsan ki, bu mahnılarının əksəriyyətinin sözləri ağlamalıdır, musiqisi oynamalı. Axı, Qarabağın bu günkü halına necə oynamaq olar? Lazım olan mahnıları isə fikirləşibyazmaq olmaz. Bu insanın içindən gəlməlidir.

-Yeri gəlmişkən indi toylarımızda düşmən tapdağı altında olan kəndlərimizin, şəhərlərimizin adına olan havaları çaldırıb oynayırlar.
- Mənim buna münasibətim çox pisdir. Axı bir deyən yoxdur ki, biz nəyə oynayırıq? Həmin o yerlərin düşmən əlində olduğunamı oynayırıq? Halbuki bu gün Laçını, Ağdamıçalıb-ağlamaq olar. Bəziləri deyir ki, Qarabağ yoxdursa, Qarabağ şikəstəsi nəyə lazımdır? Qarabağ şikəstəsi bir himdir, əskər çağırışıdır. Əslində o bütün tədbirlərdə oxunmalıdır. Çünkü bu elə əzəmətli bir musiqidir ki, adamı içdən silkələyir.

- Heç əskərlər qarşısında çıxış edirsinizmi?
- Çox.

- Sizcə, bu günkü vəziyyətdə əsl musiqiçi, müğənni neyləməlidir?
- Məncə hər kəs öz işini görməlidir. Mən də mədəniyyət əskəriyəm, axı. Nə qədər boş hay-küyün görə bilmədiyi işi bir «Qarabağ şikəstəsi», «Heyratı» ilə görmək olar. Mən əskərlərin, qaçqın soydaşlarımızın qarşısında çıxış edirəm. Bu o demək deyil ki, onları şənləndiririk, xeyir, onları düşündürür, yarasının közünü qoparırıq və qoymayırıq ki, o yara qaysaq bağlasın. Başqa cürə Üzeyir bəyin, ata-babalarımızın ruhu və gələcək nəsillər bizi bağışlamaz.

- Mənsum müəllim, operadan başqa harada çalışırsınız?
- Mən həm də müəlliməm. A.Zeynallı adına Musiqi Məktəbində dərs deyirəm. Birdə Yasamal rayonundakı 22 saylı uşaq musiqi məktəbində bir sinifim var. Bizim borcumuz həm də gənc nəsli yetiştirməkdir. Mənim yaxşı tələbələrim var. Ümumiyyətlə, əsl ifaçı 3-5 ildən bir seçilir.

- Sizcə o torpanlardan ayrı düşmək səsə, sənətə də öz təsirini göstərirmi?
- Təbii ki, təsir edir. Bu yaxınlarda televiziyada vətənpərvər curnalist çox hörmət bəslədiyim yazıçı Aqil Abbasın çıxışını dinlədim. Aqil müəllim doğru deyir ki, çadırda Uzeyir Hacıbəyov doğula bilməz. Məsələn, biz böyüdüyümüz kəndin üç tərəfi meşə idi, biz o gözəl təbiətin qoynunda yetişmişik… Amma o boz göllərdə, xəstəlik içərisində böyüyən uşaqlardan nə gözləmək olar.

- Bəlkə çadırlarda da elə istedadlı uşaqlar var ki, onlar diqqətdən uzaqqalıblar?
- Beş ildir ki, mənsə, indiki vəziyyətlə heç birimiz barışa bilmərik. Nəyin bahasına olursa-olsun o yurdlar qeri qaytarılmalıdır.

- Eşitdiyimizə görə, bu yaxınlarda «Qülüstan» şadlıq sarayında böyük bir muğam qecəsi keçirildi. İnanın ki, çox vaxtlar bayağı musiqilərin baş alıb getdiyi bir vaxtda bu gecəni təşkil edənlər çox böyük bir iş görmüşdülər və mən onlara oz minnətdarlığımı bildirirəm. Qecənin təşəbbüsçisi sarayın rəhbərliyi ilə curnalist Ələddin Əsədov idi. Aqaxan Abdullayev, canəli Əkbərov, Mələkhanım Əyyubova, Qülyanaq və Qülyaz Məmmədova bacıları, bir də mən düz dörd saat muğam oxuduq. Qecədə böyük şairimiz Bəxtiyar Vahabzadə, sevimli aktyorumuz İlham Əsqərov çıxış etdilər. İnşaallah bu yaxınlarda solo konsertim də olacaq.