EKSPRESS 12 iyul 2002-ci il

« Sənətdə tər tökə-tökə yüksəlmək daha etibarlıdır»

- Məsum müəllim, operada yaradıcılıq işləriniz nə yerdədir?
- Fevralın 10-da «Leyli və Məcnun» tamaşasında növbəti növbəti dəfə oynayacağam. Şəfiqə Axundovanın «Qəlin qayası» operası yenidən tamaşaya qoyuldu. Recissor Hafiz Quliyevin quruluşunda qoyulmuş bu yeni tamaşada camal rolunda çıxış edirdim. Bundan başqa Şax İsmayıl roluna hazırlaşıram.

- Şax İsmayıl daha məsuliyyətli roldur…
- Bəli. Allah qoysa bu mövsümdə tamaşaçılara təqdim edəcəyik.

- Opera elə sahədir ki, burada repertuar tez-tez dəyişilmir. Bir rolu dəfələrlə ifa edirsən. Nə vaxtsa yaxşı bir işə dəvət alsanız operanı tərk edərsinizmi.
- Mənə çox təkliflər olur. Nəinki Azərbaycan, hətta xarici dövlətlərdən dəvətlərim olur. Oradan yüksək sənət ocağı tanımıram. Hər bir ölkənin opera teatrı onun mədəniyyətinin atributudur. O ki qaldı repertuarın tez-tez dəyişilməsinə – operada oxuduğumuz klassikadır. Ü.Həcibəyov, M.Maqomayev axı hər zaman dünyaya gəlmir. İndi çoxları dahan asan yola meil edir. Yüngül musiqiyə, estradaya daha çox yer verirlər. Opera özü də çox ciddi musiqidir. Samballı əsərlər, yəni dediyimiz klassikada hər zaman yarana bilməz. 20-30 ildən bir klassik əsər yaranır. Sevindirici haldır ki, böyük bəstəkarımız Vaqif Adıgözalov gözəl bir opera yazıb. «Leyli və Məcnun» operası artıq 100 ildir ki, yazılıb. Bir əsrdir ki, o səhnədədir. XXI əsrdədə o öz aktuallığına qalıb. Belə əsərlər heç vaxt ölmür. Bu günün özündə də tamaşaçılar həvəslə «Leyli və Məcnun»a baxırlar. Gənclərimizi, ziyalılarımızı xüsusilə qeyd etmək istərdim. Bilirsiniz ki, bu əsəri biz Türkiyəyə aparmışdıq. Opera tarixində ilk dəfə olaraq «Leyli və Məcnun»u İstambulda türk tamaşaçılarına göstərdik. Bizim üçün çox maraqlı idi ki, türk tamaşaçılarının reaksiyası necə olacaq. Sevindirici haldır ki, Türkiyənin bütün televiziya kanalları, mətbuatı bizi dəfələrlə işıqlandırdı. Hətta onlar özləri etiraf etdilər ki, bu əsərin qarşısında Türkiyyədə bklə musiqi əsəri yoxdur. «Leyli və Məcnun» turk dünyasının şah əsəridir.

- Eşiddiyimizə görə, yeni albom üzərində də işləyirsiniz.
- Bəli. Həm disk, həm də audio kasset üzərində çalışıram. Artıq demək olar ki, yarıdan çoxu yazılıb. Qədim xalq məhnıları və təsniflərdən ibarət olacaq.

- Hansı studiyada istehsal olunacaq?
- Hələ ki, sirdir. Bu barədə danışıqlar getdiyindən dəqiq söyləyə bilmirəm.

- Televiziyada çox az görünürsüz…
- Məni hara dəvət etsələr, orda da mənmuniyyətlə iştirak edirəm. Gündə görünməklə deyil ki. Əsas odur ki, nəsə yüksək səfiyyəli bir şey ifa edəsən, gönülləri oxşayasan. İnsanlara mənəvi ruh verəsən. Gündə çıxmaqdansa , elə ayda bir dəfə çıxıb nəsə demək daha üstündür. Amma, bu yaxınlardda «Space» kanalında «Muğam axşamına» çəkilcim. 1-ci kanal üçün də müxtəlif konsertlər də hazırlayıram.

- Əməkdar artist kimi fəxri ada layiq görülübsüz. Sənətdə artıq öz dəsti-xətti olan xanəndə kimi tanınıbsız. Dünən səhnəyə çıxan artıq möhtəşəm salonlarda solo konsert verir. Sizin solo konsertinizi nə vaxt baş tutacaq?
- Solo konsert də lazımdır. Amma bu sahədə də problemlər var. Sponsor lazımdır. Bütün bunlara bamayaraq solo konsert verməyi də plpnlpşdırıram.

- Klipini nə vaxt görəcəyik?
- Əvvəla Azərbaycandakı kliplərin 80 faizi eyni mövzudadır. Bir növ təkrarçılıqdır. Belə kliplər nəinki məni, çoxlarını qane etmir. Yaxşı mahnının elə yaxşı da ssenarisı olmalıdır. Kadrları dəyişməklə klip düzəlmir ki.

- Hal-hazırda hansı bəstəkarlarla işləyirsiniz?
- Həvəskar bəstəkar Məlahət Həmidqızının gözəl bir kaseti işıq üzü görüb. Mənim də beş mahnım bu alboma daxil edilib. Bahadur Hüseynov adlı bəstəstəçinin üç mahnısını yazdırmışam. Çox savadlı insandır. Sənəti həkimdir. Onun mahnılarını vaxtıyla Əbülfət Əliyev, Gülağa Məmmədov oxuyub.

- Pedoqoci fəalliyət nə yerdədir?
- Bu sahədə də işlərim uğurlu gedir. Respublikada keçirilən 6-cı Uşiq Muğam Festivalında baş mükafata şaqirdim Niyaməddin Babayev layiq görüldü.

- Özünüz də ötən ilin sonlarında «Simurq» Stateci Araşdırmalar Mərkəzinin mükafatına laiq görüldünüz.
- Bəli. Bu məktəbin mükafatçıları içərinizdə mən də var idim. İlin ən yaxşı xalq mahnılarının ifaçısı nominasiyasında «İlin xanəndəsi» adını aldım.

- Eşitdiyimizə görə, Amerikaya dəvət almısız.
- Beynalxalq Musiqi Festivalına dəvətliyəm. Fevral ayının axırına planlaşdırılab Bu barədə gələndən sonra danışaram.

- Məsum müəllim, sizə yaradıcılıq uğurları arzulayırıq.
- Çox sağ olun.